Balakəndə çay daşdı, kəndi su basdı - Video

balakende-cay-dasdi-kendi-su-basdi
Oxunma sayı: 719

Balakəndə çay daşıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, bir neçə gündür yağan intensiv leysan yağışları nəticəsində çay daşıb və Katex kəndini su basıb. 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, müvafiq qüvvələr cəlb olunaraq zəruri tədbirlərin görülməsi təmin ediləcək. 

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin açıqladığı məlumata əsasən, hazırda Balakən-Şəki zonasının bəzi yerlərində güclü yağış yağır.