Barmaqları ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü

barmaqlari-ile-ginnesin-rekordlar-kitabina-dusdu
Oxunma sayı: 251

ABŞ-nin Miçiqan ştatında yaşayan Tobi adlı 10 aylıq pişik qeyri-adi xüsusiyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşüb.

“Qafqazinfo” xəbər verir ki, o, ümumilikdə 28 barmağı və 30 caynağı ilə pişiklər arasında rekord qırıb.

Mütəxəssislər bildirirlər ki, Tobidə müşahidə olunan bu xüsusiyyət polidaktiliya adlanan genetik mutasiya ilə əlaqədardır.

Adi pişiklərdə ümumilikdə 18 barmaq olduğu halda, Tobinin hər dörd pəncəsində əlavə barmaqlar var. Buna baxmayaraq, pişiyin səhhətində heç bir problem aşkarlanmayıb.