“Başlarına mismar vurub, əhəng quyusuna atıblar” - Video

baslarina-mismar-vurub-eheng-quyusuna-atiblar
Oxunma sayı: 3936

“Bu gün dəfn olunan qardaşım Əlini və onun qayını Şiraslanı ermənilər xüsusi işgəncə verərək öldürüblər”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Xocalı soyqırımı zamanı öldürülən Əli Cavadovun qardaşı İmran Mehdiyev deyib.

Şəhid qardaşının dediyinə görə, Əli Cavadov və qayını Şiraslan Nəcəfovun qalıqlarının ekspertizası zamanı onlara dəhşətli işgəncələr verildiyi müəyyən edilib:

“Əli və Şiraslan özünümüdafiə batalyonun üzvləri idi. Əsir götürüldükləri gün də xidmətdə olublar. Hər ikisinin başına mismar vurublar, ayaqlarını qırıblar. Öldükdən sonra da nəşlərini əhəng quyusuna atıblar”.

Qeyd edək ki, Əli Cavadov, Şiraslan Nəcəfov və daha beş nəfərin qalıqları biraz əvvəl Xocalı şəhərində torpağa tapşırılıb.

Sail Ağasəlim

Video: Xəyal Vəlizadə