“Bavariya” evdə, “Real” səfərdə uduzdu

bavariya-evde-real-seferde-uduzdu
Oxunma sayı: 2115

Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Real”ı səfərdə London “Arsenal”ı ilə qarşılaşıb və böyük hesabla uduzub. “Bavariya” isə evdə Milan “İnter”inə məğlub olub.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
8 aprel

“Arsenal” (İngiltərə) – “Real” (İspaniya) 3:0
Qollar: D.Rays, 58; 70. M.Merino, 75.

“Bavariya” (Almaniya) – “İnter” (İtaliya) 1:2
Qollar: T.Müller, 85 – L.Martines, 38. D.Frattezi, 88.