İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra bəzi vətəndaşlar gecəni çöldə keçirib. Onlardan biri də məşhur müğənni və aktryor Özcan Deniz olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda onun həyat yoldaşı Samar Dadgar sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, Özcan və həyat yoldaşı təhlükəsizlik üçün evlərinin bağçasında çadır quraraq orada gecələyiblər.