13 saniyəlik həyat dərsi... - Video

13-saniyelik-heyat-dersi
Oxunma sayı: 6494

Ötən gün İstanbulda baş vermiş 6,2 maqnitudalı zəlzələ zamanı Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında həkimlərin hərəkəti maraqla qarşılanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, yayılmış görüntülərdən onların yeraltı təkanları hiss edən kimi yenidoğulmuşların küvəzlərini tutaraq körpələri qorumağa çalışdıqları aydın olur.

Bu görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Həkimlərin 13 saniyə davam edən zəlzələdə bir an belə körpələrin yanından ayrılmaması təqdir olunub. Bildirilib ki, həmin həkimlərin nümunəvi davranışları hər kəsə ibrət olmalıdır.

Sözügedən görüntüləri təqdim edirik: