Bayden ABŞ bayraqlarını endirməyi tapşırdı

bayden-abs-bayraqlarini-endirmeyi-tapsirdi
Oxunma sayı: 3903

ABŞ Prezidenti Co Bayden Konqres binasının yaxınlığında baş vermiş insident nəticəsində həlak olmuş polis Uilyam Evansın xatirəsinə ölkədə və ölkə xaricində hökumət binalarındakı ABŞ bayraqlarını endirməyi tapşırıb.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

"Biz Kapitolinin daha bir cəsarətli polis əməkdaşının həyatını itirməsindən kədərlənirik, mən Ağ Evin bayraqlarını endirməyə göstəriş verdim", - ABŞ liderinin yazılı bəyanatında deyilir.

Bayden hadisə barədə daim öz milli təhlükəsizlik məsələləri üzrə müşavirindən məlumat aldığını və istintaq davam etdikcə hadisə ilə bağlı yeni xəbərlər alacağını vurğulayıb.  

Bəyanatda deyilir ki, 2-6 aprel tarixlərində ABŞ-ın Ağ Evdəki, eləcə də bütün dövlət binaları və ərazilərindəki bayraqları endiriləcək. Bu, həmçinin bütün səfirliklər, hərbi bazalar və gəmilərə şamil olunur.

Daha əvvəl Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi ölən polisə görə Konqresdəki bayraqların endirilməsi barədə təlimat verib. ABŞ Konqresinin hər iki palatası hazırda tətildədir.