ABŞ-da Konqres yaxınlığındakı hücumun terror olub-olmadığı araşdırılır - Video+Yenilənib

abs-da-konqres-yaxinligindaki-hucumun-terror-olub-olmadigi-arasdirilir
Oxunma sayı: 2781

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Konqres binası təhlükəsizlik təhdidi səbəbindən bağlanıb.

“Qafqazinfo” ABŞ mətbuatına istinadən xəbər verir ki, Konqres binası ətrafı və Kapitoliyə çıxan prospektlər polis tərəfindən qapadılıb.

Hələlik hadisənin səbəbi barədə açıqlama verilməyib.

Bildirilib ki, Konqres binasının ətrafındakı baryerlərə bir maşın çırpılıb. Hadisənin ardınca meydana çıxan silahlı atışmada üç nəfər vurulub, onlardan ikisi polisdir. Hücum edən şəxs iki polisi güllələdikdən sonra özünü vurub.

Bundan sonra bina “kənardan gələn təhlükəsizlik təhdidi” səbəbindən bağlanıb.

***

“Independence” prospektinə çıxan bölgədə bir maşın sürətlə bardürlərə çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Konqres Polisinin rəsmi tvitter hesabında bildirilib.

Qeyd edilib ki, maşın iki polisə dəyib, şübhəli isə yaralı ələ keçirilib. Onların hər üçü xəstəxanaya yerləşdirilib.

Əraziyə polis helikopteri cəlb edilib.

ABŞ mətbuatına danışan hadisə şahidləri vurğulayıblar ki, maşının bardürlərə çırpılmasından sonra sürücü bıçaqla maşından düşüb, polis isə bu zaman ona atəş açıb.

“NBC News” şübhəli şəxsin xəstəxanada öldüyü barədə məlumat yayıb.

Bundan başqa, yaralı polislərdən birinin həyatını itirdiyi deyilir.

Hadisənin hücum, yoxsa qəza olduğu hələlik açıqlanmayıb.

Hadisəyə görə Senat və Nümayəndələr Palatasında iclaslara fasilə verilib.

***

ABŞ Konqresinə giriş-çıxış yenidən bərpa olunub.

Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi ölən polisə görə Konqresdəki bayraqların yarıya qədər endirilməsi barədə təlimat verib.  

***

ABŞ-da Konqres binasının yaxınlığında hücum nəticəsində ölən polis 18 il xidmət etmiş zabit Vilyam Billi Evansdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Vaşinqton Şəhər Polis İdarəsinin rəisi vəzifəsini icra edən Robert Konti hadisənin terrorla əlaqəli olmadığını deyib:

“Ancaq araşdırmalar davam etdiriləcək”.