“Bayden-Blinken administrasiyası əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”

bayden-blinken-administrasiyasi-elaqelerimizi-faktiki-olaraq-bohrana-salmisdi
Oxunma sayı: 468

“Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi”.

“Qafqazinfo” xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

“Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”, - deyə dövlət başçısı bildirib.