Salyan rayonunda istixanaların birində bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, iyunun 3-ü saat 13 radələrində Qəbələ rayon sakini 1975-ci il təvəllüdlü Şahnəzər Şahverən oğlu Hafizovu işlədiyi Qaraçala qəsəbəsinin ərazisindəki istixanada elektrik cərəyanı vurub.
Xəstəxanaya yerləşdirilmiş Ş.Hafizovun vəziyyəti ağırdır.
Araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər