Azərbaycanda tibb bacısı hərbi hissəni məhkəmədə uddu

azerbaycanda-tibb-bacisi-herbi-hisseni-mehkemede-uddu
Oxunma sayı: 883

“Qafqazinfo”nun Femida.az saytına istinadən verdiyi xəbərə görə, Kəmalə Novruzova N saylı hərbi hissədəki vəzifəsindən çıxarılması ilə razılaşmayıb. O, Bərdə rayon Məhkəməsinə müraciət edərək tibb bacısı vəifəsinə bərpa olunması barədə N saylı hərbi hissəyə qarşı iddia qaldırıb. Məhkəmə iddianı təmin edib. Gəncə Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Hazırda işə Ali Məhkəmədə baxılır.