Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Borsunlu-Hindarx avtomobil yolunun Bərdə rayonunun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobildə sərnişin qismində olan Ağdam rayon sakini, hərbçi Orxan Əliyev hadisə yerində həyatını itirib.
Məlumata əsasən, hadisə zamanı daha bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
***
Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 09.06.2026-ci il tarixində saat 06:50 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Döş qəfəsinin küt travması, sağ körpücük sümüyünün sınığı, başın tüklü hissəsinin açıq yarası, qapalı kəllə-beyin travması diaqnozu təyin olunan pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.
Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin (kişi) isə həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Qəzada həlak olan hərbçimizin fotosunu təqdim edirik.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər