Berlin Senatına kiberhücum - Böhran qərargahı yaradıldı

berlin-senatina-kiberhucum
Oxunma sayı: 393

Berlin Senatının şəbəkə hesablarına kiberhücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Məlumata görə, hücum şəhərsalma, tikinti və mənzil məsələləri üzrə idarə, eləcə də mobillik, nəqliyyat, ətraf mühit və iqlimin mühafizəsi üzrə idarənin şəbəkələrinə qarşı baş verib.

Bildirilib ki, kiberhücumun digər dövlət qurumlarına yayılmasının qarşısını almaq üçün sözügedən idarələr hökumət şəbəkəsindən ayrılıb.

Hadisə ilə bağlı araşdırmaya Berlin Cinayət Polisi, Berlin Prokurorluğu və Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi (BSI) cəlb olunub.

Bununla yanaşı, hadisənin araşdırılması üçün böhran qərargahı yaradılıb.

Kiberhücum nəticəsində hər hansı məlumatın sızıb-sızmadığı hələlik məlum deyil.