Beş ildən sonra evlənirlər - Fotolar

bes-ilden-sonra-evlenirler
Oxunma sayı: 3628

Məşhur türkiyəli aktyorlar Serdar Orçin və Ece Dizdar evlənir. 

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, 5 ildir sevgili olan cütlük toy hazırlıqlarına başlayıb. 

Bu barədə aktyorlar sosial şəbəkə hesablarında paylaşım ediblər. 

49 yaşlı Serdar Orçin və 43 yaşlı Ece Dizdar iyunun 20-də Fənərbaxçada nikaha girəcəklər. Mərasimə yalnız cütlüyün ailə üzvləri və ən yaxın dostları qatılacaq.