“Beşiktaş” “Bavariya”nın qapıçısını transfer etdi

besiktas-bavariyanin-qapicisini-transfer-etdi
Oxunma sayı: 299

Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Bavariya” komandasının qapıçısı Aleksandr Nübel ilə müqavilə imzalayıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, klub 29 yaşlı qolkiperlə 2028/2029-cu il mövsümünün sonunadək 3 illik müqavilə bağlandığını açıqlayıb.

Məlumata görə, transfer üçün “Beşiktaş” kluba 6,5 milyon avro ödəyəcək. Müqavilədə əlavə olaraq 5 milyon avro bonus da nəzərdə tutulub.

Qeyd edək ki, Aleksandr Nübel 2020-ci ildən “Bavariya”nın futbolçusu idi. O bu komandada cəmi dörd rəsmi oyunda iştirak edib. Son mövsümlərdə isə “Monako” və “Ştutqart” komandalarında icarə əsasında çıxış edib.

Qapıçı Almaniya millisinin də üzvüdür.