Beyləqanda ağır qəza, ölən var

beyleqanda-agir-qeza-olen-var
Oxunma sayı: 440

Beyləqan rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolunun 130-cu kilometrliyində Manaf Qurbanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Aqşin Abdullayevin sürdüyü “Mercedes” toqquşub.

Nəticədə, M.Qurbanov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.