Beynəlxalq Bankın rəhbərliyində daha bir dəyişiklik

beynelxalq-bankin-rehberliyinde-daha-bir-deyisiklik
Oxunma sayı: 5601

Rəşad Qasımov Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin rəhbəri vəzifəsini tərk edib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu, R.Qasımovun dekabrın 24-dən "İnter" (Bakı) futbol klubunun Müşahidə Şurasının iclasında klubun prezidenti seçilməsi ilə əlaqədardır.

Bankdan qeyd ediblər ki, Departamentin rəhbəri vəzifəsi hələ vakantdır: "Bu vəzifə inzibatidir və vəzifəyə təyinetmə Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilməlidir. Buna görə də bu proses bir neçə gün davam edə bilər".