“Bildiyim qədərilə, Xamenei hələ də sağdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “NBC News”a müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
ABŞ və İsrailin birgə hücumlarından sonra Tehrandan canlı yayımda danışan Əraqçi iki komandirin öldüyünü təsdiqləyib. Bununla yanaşı, o bildirib ki, rejimin yüksək vəzifəli şəxsləri, o cümlədən, məhkəmə sisteminin rəhbəri və parlament spikeri sağdır.
“Bütün yüksək vəzifəli şəxslər sağdır. Hazırda hər kəs öz mövqeyindədir və biz vəziyyəti idarə edirik, hər şey qaydasındadır”, – deyə nazir vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər