BMT Rusiyanı qınayan qətnaməni qəbul etdi

bmt-rusiyani-qinayan-qetnameni-qebul-etdi
Oxunma sayı: 2790

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnaməni qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qətnamə əleyhinə 5, lehinə 141 səslə qəbul olunub.

35 ölkə bu məsələdə bitərəf qalıb. Rusiya, Eritreya, Suriya, Belarus və Şimali Koreya qətnaməyə "yox" deyənlər olaraq qeydə alınıb.

Qərar Rusiyanın Ukraynaya hücumunu kəskin şəkildə qınamaqla yanaşı, dərhal, qeyd-şərtsiz Ukrayna torpaqlarından çıxmasını da tələb edir.