BMT yaranandan bu vəzifədə çalışan beşinci qadın oldu

bmt-yaranandan-bu-vezifede-calisan-besinci-qadin-oldu
Oxunma sayı: 1865

Almaniyanın keçmiş xarici işlər naziri Annalena Baerbok BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri seçilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, gizli səsvermədə 167 səs toplayıb.

Sentyabrın 9-da, Baş Assambleyanın illik iclasından bir qədər əvvəl Baerbokun andiçmə mərasimi keçiriləcək. Onun prezidentlik müddəti bir il davam edəcək.

Qeyd edək ki, o, BMT yaranandan bəri bu vəzifədə çalışan beşinci qadındır.