Britaniyada 18 şirkət 4 günlük iş həftəsinə keçdi

britaniyada-18-sirket-4-gunluk-is-heftesine-kecdi
Oxunma sayı: 1930

Böyük Britaniyada 18 şirkət birdəfəlik olaraq 4 günlük iş həftəsinə keçmək barədə qərar qəbul edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sözügedən şirkətlər Kembric universitetinin sosioloqlarının 6 ay ərzində keçirdiyi eksperimentin nəticəsində bu barədə qərar veriblər. 2022-ci ilin iyununda başlayan eksperimentdə isə ümumilikdə Britaniyanın 61 şirkəti iştirak edib. 

Digər şirkətlər isə 4 günlük iş həftəsini müvəqqəti olaraq sınaqdan keçirməyə davam edəcək. 

Məlumata görə, eksperimentdə iştirak edən işçilərin 71%-də daha az “tükənmişlik” qeydə alınıb. İşçilərin 39%-də isə yarım il ərzində stress səviyyəsi enib.