Britaniyalı aktyor ABŞ-də itkin düşdü

britaniyali-aktyor-abs-de-itkin-dusdu
Oxunma sayı: 1450

Britaniyalı aktyor Culian Sends Kaliforniya ştatında (ABŞ) yerləşən Boldi dağı yaxınlığında itkin düşüb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, ondan ötən cümə günündən xəbər yoxdur.

65 yaşlı aktyorun axtarışları davam etdirilir.

Qeyd edək ki, C. Sends “A Room with a View”, “Arachnophobia”, “The Killing Fields”, “Leaving Las Vegas” və s. filmlərdə, həmçinin “24” və “Smallville” televiziya şoularında yer alıb. O, son olaraq “Netflix”in “What/If” serialında çəkilib.