“Türkiyə Avropa İttifaqına (Aİ) üzvlüyü özünün əsas prioriteti hesab etmir”.
“Qafqazinfo” “Al-Jaazera”yə istinadən xəbər verir ki, bu sözləri müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyənin Aİ-yə üzv olmaması Avropa üçün daha böyük itki olacaq:
“Görünür, Avropa Türkiyənin Aİ-yə üzv olmasını istəmir. Bu, Ankara üçün prioritet deyil. Türkiyənin Aİ-də olmamasından məhz Avropa itirir”.
Qeyd edək ki, iyul ayında Avropa Parlamenti Türkiyəni 1974-cü ildə Kiprə müdaxilə zamanı insan hüquqlarını pozmaqda ittiham edən qətnamə qəbul edib.
Sənəd NATO-nun Ankarada keçirilən sammitindən qısa müddət sonra qəbul olunub və Türkiyə hakimiyyətinin sərt reaksiyasına səbəb olub.
Son xəbərlər
Son Xəbərlər