Bu cür baş ağrıları beyin şişlərinin əlaməti ola bilər - Uzman nevroloqla müsahibə

bu-cur-bas-agrilari-beyin-sislerinin-elameti-ola-biler
Oxunma sayı: 6689

Miqreni botoksla müalicə edənlər yaxşı düşünməlidirlər.

Türkiyə Nevrologiya Dərnəyinin və Nevrologiya və Neyrotexnologiya Elmləri Dərnəyinin üzvü, Referans Poliklinikasının Baş ağrıları və Epilepsiya Mərkəzinin rəhbəri, uzman  həkim Cavid Şəfiyev baş ağrıları, miqren tutmaları, epilepsiya və son dövlər çox müşahidə olunan digər problemlərlə bağlı sualları cavablandırıb. 

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Çox vaxt baş ağrısına ciddi xəstəliik kimi yanaşmırlar. Bir ağrıkəsici içib yola verirlər. Baş ağrıları əslində hansı ciddi xəstəliklərin göstəricisi ola bilər?

- Baş ağrıları birincil baş ağrısı dediyimiz yəni beyində hər hansı gözlə görülə bilən bir patologiyanın (şiş, kista, qansızma və.s) olmadığı ağrılar olaraq ortaya çıxa bilər. Bunlara miqren başda olmaqla gərilim tipi baş ağrısı, kluster baş ağrısı, paroksismal hemikrania kimi 250-ə yaxın baş ağrısı növünü misal göstərmək olar. Bunların müalicə metodları bir-birindən fərqliliklər göstərməkdədir. İkincil baş ağrısı yəni travma, beyində şişlər, qansızmalar kimi beyindaxili təzyiqi artıran səbəblərdən yaranan baş ağrıları da var ki bunlar həyatı təhdid edən nəticələrə gətirib çıxara bilər. İstər birincil, istərsə də  ikincil baş ağrıları zamanı ağrıkəsicilirdən istifadə edərkən qısa müddətdə insanlar bundan fayda görsə də, uzun müddətdli istifadə baş ağrılarının daha da artmasına səbəb olur. Həddindən çox istifadə ciddi mədə-bağırsaq, qaraciyər və böyrək probləmlərinin ortaya çıxmasına səbəb olur. Xüsusən də, yeni ortaya çıxan baş ağrıları və ya əvvəlki baş ağrısından fərqli bir baş ağrısının ortaya çıxması qırmızı bayraq dediyimiz ciddi yanaşılması lazım olan situasiyalardır. Bununla yanaşı, yatağa uzananda baş ağrısının artması, səhər baş ağrısıyla oyanmaq və gün içində baş ağrısının gedərək səhərkindən daha az olması kimi simptomlar beyində şişlərin əlamətləri ola bilərlər. Ağrıkəsicilərdən istifadə bu simptompları gizlədərək diaqnozda gecikməyə səbəb olur və bu zaman müalicə üçün də gecikmə riski yüksəkdir.

- Sizə hansı növ baş ağrıları ilə bağlı müraciət olunur?

- Bizə müraciət edənlərin çoxu xroniki baş ağrısı olan pasiyentlərdir ki, bunların da əksəriyyəti vaxtında düzgün müalicə edilməmiş və ya müalicə yerinə uzun müddət ağrıkəsici istifadə etmiş insanlardır. Bu pasiyentlərdən dərin anamnez aldığımız və müayinə etdiyimiz zaman bu baş ağrılarının çoxunun miqren və gərginlik tipli baş ağrısı  olduğunu görürük. Ancaq diqqət yetirilməsi lazım olan önəmli bir məqam da odur ki, bu pasiyentler uzun müddət ağrıkəsici istifadə etdiyi üçün çoxunda buna bağlı ikincil bir baş ağrısı da ortaya çıxmış olur. Bu zaman müalicə müddətində sinir blokadalarından istifadə etmək vacib hal alır. Çünki, bu pasiyentlərdə sadəcə dərman müalicəsi təkbaşına yetəri qədər effektiv olmaya bilər.

- Son vaxtlar baş-boyun hissədə ağrılarla bağlı şikayətlərə çox rast gəlirik. Bir çox hallarda bu ağrılar dərman içəndə belə keçmir. Bu xəstəliyin geniş yayılması nə ilə əlaqədardır?

- Ümumiyyətlə çox zaman baş ağrısı olan pasiyentləri sorğuladığımız zaman boyun ağrısının da olduğunu müşahidə edirik. Boyun ağrıları baş ağrısının bir kompenenti olabilər və ya baş ağrısından əlavə ortaya çıxa bilər. Buradakı əsas diqqət yetirilməsi lazım olan məqam boyun ağrısının boyun fəqərələrindəki disk patologiyaları ilə, yoxsa boyun əzələlərindəki gərginliklə əlaqəli olduğunu bilməkdir. Çünki bu situsiyalara yanaşmalar fərqlidir. Uzun müddət oturaq işlə məşğul olmaq, stulda düzgün pozisyada oturmamaq, kompyuterlə və telefonla məşğul olarkən boynun çox aşağıya əyilməsi boyun ağrılarına tez-tez səbəb olur.

- Miqrenin yaranma səbəbi nədir və onu yüngülləşdirmək üçün nə etmək lazımdır?

- Miqrenin genetik olması ilə bağlı müəyyən  elmi araşdırmalar aparılsa da, bu haqda tam dəqiq məlumat əldə etmək hələ ki mümkün olmayıb. Buna baxmayaraq miqrenli pasiyentləri sorğuladığımız zaman çoxunun ailə üzvlərində də miqrenli fərdlərin olduğunu görürük. Miqrenli fərdlərdə ağrıların şiddətini eyni zamanda müddətini və sıxlığını azaltmaq üçün ilk növbədə profilaktik tədbirlərin gorülməsi şərtdir. Bu tədbirlər arasında təbii ki, birincisi dərman preparatlarından istifadədir. İkincil olaraq da miqren tutmalarına səbəb ola bilən yuxusuzluq, uzun müddət aclıq, spirtli içkilərdən istifadə, stress kimi faktorlardan uzaq durmaq lazımdır.

- Son illər miqrenlə müalicədə botoks tətbiq olunur? Bundan uzunmüddətli istifadə fəsadlar yarada bilərmi? Bunun orqanizmə ziyanı varmı?

- Bəli botoks istifadəsi miqren profilaktikasında geniş istifadə olunan invaziv metodlardan biridir. Seçilmiş pasiyentlərdə istifadəsi həqiqətən də faydalı olmaqdadır. Ancaq yan təsirləri və uzun müddət istifadə zaman mərkəzi sinir sistemində toplanması səbəbi ilə tətbiq edilmədən öncə yaxşı fikirləşilməlidir. 

- Epilepsiya ilə bağlı sizə müraciətlər olurmu? Bu xəstəliyi tamamilə sağaltmaq mümkündürmü?

- Bəli epilepsiya ilə bağlı çoxsaylı müraciətlərimiz olur. Müraciətlərin tam yaxınında biz bu xəstləliyi kontrol altına alırıq. Bu xroniki bir xəstəlik olduğu üçün tamamilə sağalma təəssüf ki, bütün pasiyentlərdə mümkün olmur. Eyni zamanda dünya tibb statistikasında da buna bənzər şəkildədir. Ancaq tamamilə sağalma şansı olan pasiyentlərin sayı da az deyil. Buradakı ən önəmli məqam vaxtında müraciət və düzgün müalicədir.