Bu da Aygünlə Filippin “Can Azərbaycan”ı - Video

bu-da-aygunle-filippin-can-azerbaycani
Oxunma sayı: 6302

Xalq artisti Aygün Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorovla duet şəklində ifa etdiyi “Can Azərbaycan” mahnısının klipini təqdim edib. “Qafqazinfo”nun məlumatına görə, ekran işi ifaçının rəsmi Yutub kanalında yerləşdirilib.

Mahnının sözləri Oleq Vladiyə, ekran həlli və musiqisi isə Alişerə məxsusdur.   

Xatırladaq ki, “Can Azərbaycan” mahnısı ilk dəfə F. Kirkorovun 30-31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutan solo konserti zamanı təqdim olunub. Bununla da, tarixdə ilk dəfə əcnəbi müğənni Azərbaycana mahnı həsr edib. Layihənin təşəbbüskarı isə A. Kazımova olub.