Bu dəfə PSJ-nin avtobusuna hücum etdilər

bu-defe-psj-nin-avtobusuna-hucum-etdiler
Oxunma sayı: 361

Fransanın PSJ klubunun avtobusu hücuma məruz qalıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda İspaniyada “Atletik”in (Bilbao) qonağı olan zaman baş verib. 

Belə ki, futbolçuların yerləşdiyi hotelin yaxınlığında avtobus daş-qalaq edilib. Bu zaman içərisi boş olub. Oyundan sonra Paris təmsilçisi hava limanına getməkdə çətinlik çəkib. 

Qeyd edək ki, Bilbaoda keçirilən “Atletik” - PSJ matçı qolsuz bərabərliklə başa çatıb.

Xatırladaq ki, ötən gün oyun öncəsi də fransız klubunun təyyarəsi hava şəraitinə görə təhlükəli vəziyyətə düşmüşdü. Pilot çətinliklə təyyarəni endirmişdi.