Bu ərazilərə yağış yağır

bu-erazilere-yagis-yagir
Oxunma sayı: 696

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir.

Arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Daşkəsəndə 22, Şəmkirdə 14, Gədəbəydə 13, Tovuz, Kişçayda (Şəki) 11, Goranboyda 8, Göygöldə 6, Qax, Yevlaxda 5, Oğuzda 4, Şahbuz, Mingəçevir, Ağstafa, Zaqatala, Zərdab,Tərtər, Yardımlıda 3, Ordubad, Ağdam, Balakəndə 2, Sədərək, Şərur, Culfa, Bərdə, Gəncə, İmişli, Qəbələ, Şahdağ, Xınalıq, Qusar, Qrız, Göyçay, Naftalan, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.

Qeyd edək ki, ötən gün saat 20:10 radələrində Kəlbəcər rayonuna, saat 21:23-21:30 radələrində Gədəbəy rayonuna diametri 18 mm, saat 21:12 radələrində rayonun Düzyurd, Aytala, Gərgər, Qarıkənd, Yenikənd, Maarif, Qaradağ, Arıqdam kəndlərinə, saat 22:05-22:07 radələrində Daşkəsən rayonuna diametri 15 mm, eyni zamanda rayonun Quşçu, Xoşbulaq kəndlərinə, saat 22:20 radələrində Qazax rayonuna, iyunun 11-i səhər saatlarında isə Göygöl rayonuna xırdadənəli dolu düşüb.