Bu film 4 “Oskar” ala bilər

bu-film-4-oskar-ala-biler
Oxunma sayı: 2279

Deni Vilnyovun “Dune” filmi dörd “Oskar” ala bilər.

“Qafqazinfo” təşkilatçılara istinadən xəbər verir ki, ekran işi ən yaxşı qrim və saç düzümləri, ən yaxşı vizual effektlər, ən yaxşı səs və ən yaxşı musiqi kateqoriyalarında yarışacaq.

Bundan başqa, sözügedən kateqoriyalarda yarışacaq digər filmlərin də adları açıqlanıb: “Cruella”, “House of Gucci”, “The Suicide Squad” – ən yaxşı qrim və saç düzümləri; “The Last Duel” - ən yaxşı musiqi; “The Matrix Resurrections”, “Black Widow”, “Spider-Man: No Way Home” - ən yaxşı vizual effektlər.

Mükafata namizədlərin tam siyahısı 2022-ci il fevralın 8-də açıqlanacaq. Qaliblərin mükafatlandırma mərasimi martın 27-də keçiriləcək.