Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - Video

bakida-yaricilpaq-gezen-qadin-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 4166

Bakının Nərimanov rayonunda ictimai yerdə yarıçılpaq halda gəzən qadının görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, gənc qadının əynində paltar olmasına baxmayaraq, sinə nahiyəsini açaraq gəzməsi birmənalı qarşılanmayıb.

Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib. Həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olması müəyyən edilib.

Xəbəri rus dilində oxuyun: В Баку задержали девушку, гулявшую с обнаженной грудью - ВИДЕО

Artıq sözügedən şəxs valideynlərinin də razılığı ilə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.