“Bu gecə Venesuelaya hərbi müdaxiləni açıqlaya bilər”

bu-gece-venesuelaya-herbi-mudaxileni-aciqlaya-biler
Oxunma sayı: 541

“Donald Tramp bu gecə xalqa müraciəti zamanı Venesuelaya qarşı tammiqyaslı hərbi müdaxilənin başladığını elan edə bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış jurnalist Taker Karlson məlumat yayıb.

Karlsonun sözlərinə görə, ötən gün ABŞ Konqresinin üzvləri gözlənilən müharibə barədə məlumatlandırılıblar və rəsmi elan bugecəki müraciətdə səslənə bilər.

Xatırladaq ki, ABŞ lideri çıxışlarında dəfələrlə Venesuelaya müdaxiləni istisna etməyib.