Finlandiya Prezidenti Aleksander Stubb və Norveçin Baş naziri Yunas Qar Störe ilə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Aleksander Stubb “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Avropa liderləri Zelenski ilə söhbət zamanı daha əvvəl Rusiya lideri Vladimir Putinlə baş tutmuş telefon danışığını müzakirə ediblər.
“Zelenski ilə çox yaxşı söhbət apardıq. Biz prezident Putinlə daha əvvəl baş tutan telefon danışığını müzakirə etdik”, - paylaşımda deyilir.
Xatırladaq ki, daha əvvəl Finlandiya Prezidenti Aleksander Stubb və Norveçin Baş naziri Yunas Qar Störe ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.
Son xəbərlər
Son Xəbərlər