Dövlət sərhədini pozmağa cəhd edən 3 əfqan saxlanıldı

dovlet-serhedini-pozmaga-cehd-eden-3-efqan-saxlanildi
Oxunma sayı: 284

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.