Türkiyə parlamentinin Xarici İşlər Komissiyası Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan Məkkə sazişini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Məkkə sazişini imzalayıblar. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə hücum bütün sənəd iştirakçılarına qarşı təcavüz kimi qiymətləndiriləcək.
Son xəbərlər
Son Xəbərlər