Yevlaxda avtomobil aşdı, iki nəfər öldü - Foto+Yenilənib

yevlaxda-avtomobil-asdi-iki-nefer-oldu
Oxunma sayı: 1593

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qaraoğlan kəndindən keçən yolda qeydə alınıb.

“BMW” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Qəza nəticəsində ağır xəsarətlər alan iki kişi Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb.

Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, kəllə-beyin travması və baş nahiyəsinin açıq yaraları olan hər iki şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Yevlaxda qəzada ölənlərin kimliyi məlum olub.

Məlumata görə, qəza zamanı 1996-cı il təvəllüdlü Emil Qurban oğlu Paşayev və 2002-ci il təvəllüdlü Oruc Aydın oğlu Məmmədov həyatını itirib.

Ziya Əmirxanlı