Nihad Məmmədli dünya ikincisi oldu

nihad-memmedli-dunya-ikincisi-oldu
Oxunma sayı: 498

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, o, finalda ermənistanlı Karen Aslanyanla qarşılaşıb. 

Güləşçimiz rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.