“Bu halda Xarkovu müdafiə etmək çətin olacaq”

bu-halda-xarkovu-mudafie-etmek-cetin-olacaq
Oxunma sayı: 2643

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını geri çəkə bilməsələr, Xarkovu müdafiə etmək çətin olacaq.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu haqda Niderlendın Baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı zamanı deyib.

“Sən və mən başa düşürük ki, rusları daha da geri itələməliyik. Xarkovu başqa yolla tam qorumaq çox çətin olacaq”, - deyə o bildirib.

Zelenski Xarkov sakinlərinə hələlik evə qayıtmamağı da tövsiyə edib. O əlavə edib ki, Xarkov mühafizə olunanda insanlar hərbçilərdən evlərinə qayıda biləcəkləri barədə siqnallar alacaqlar.