2025-ci ilin “Nikon Comedy Wildlife Photography Awards” fotoqrafiya mükafatını britaniyalı Mark Met Koen “High Five” adlı körpə qorilla şəkli ilə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müsabiqənin saytında məlumat verilib.
Fotoqraf bu şəklin Mərkəzi Afrikadakı Virunqa dağlarında 4 günlük səyahət zamanı çəkildiyini bildirib.
O, fotoda heyvanın oynaq ruhunu çəkə bildiyi üçün sevindiyini vurğulayıb:
“Bir gənc oğlan xüsusilə akrobatik istedadını nümayiş etdirməyə can atırdı, fırlanır, yuvarlanırdı. Onu izləmək xoş idi”.
Qeyd edək ki, müsabiqə 2015-ci ildən keçirilir və təbiət fotoqraflarına ətrafdakı dünyanın gülməli şəkillərini göstərmək imkanı verir. Bu il münsiflər heyətinin baxılması üçün 109 ölkədən 10 mindən çox iş təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər