Bu müğənnilərin Bakı konserti təxirə salındı

bu-mugennilerin-baki-konserti-texire-salindi
Oxunma sayı: 10134

Xəbər verdiyimiz kimi, Türkiyədə 3 mindən çox insanın həyatına son qoymuş zəlzələyə görə 7 günlük milli matəm elan olunub. Bu səbəbdən ölkədə bayraqlar yarıya endirilib, müxtəlif mədəniyyət tədbirləri, konsertlər təxirə salınıb. Bu təşəbbüsə Azərbaycan telekanalları da qoşulub, əyləncəli proqramların yayımını dayandırıb.

Bu günlərdə isə Bakıda bir neçə türk məşhurunun konserti gözlənilir ki, onların da keçirilib-keçirilməyəcəyi sual olunur. Onlar arasında “Anadolu Ateşi” rəqs qrupu (8 fevral), Mahsun Kırmızıgül (12 fevral), Öykü Gürman (14 fevral) və Sertab Erener (14 fevral) var. Bununla bağlı təşkilatçılara sorğu ünvanladıq.

“Mega Müzik” şirkətinin rəhbəri Murat Tayfur “Qafqazinfo”ya bildirib ki, fevralın 14-də keçiriləcəyi gözlənilən Öykü Gürman konserti təxirə salınıb. O, tədbirin yeni tarixini hələlik açıqlamayıb.

Fevralın 8-də baş tutmalı olan “Anadolu ateşi” tədbirinin vaxtı 19 fevral saat 19:00-a dəyişdirilib.

Fevralın 14-nə nəzərdə tutulan olan Sertab Erener konsertinin təşkilatçılarından biri olan “Peachline”dan saytımıza bildirilib ki, tədbirin təxirə salınması müğənninin qərarından asılıdır.

“Qaynarinfo” saytı isə Mahsun Kırmızıgülün fevralın 12-də keçirilməsi gözlənilən konsertinin təxirə salındığını bildirib. Tədbir qeyri-müəyyən vaxtadək ertənənib. Daha sonra tədbirin təşkilatçısı “Anadolu Events”dən saytımıza bildirilib ki, tədbir 12 marta keçirilib.