Bu ölkələr hava məkanlarını bağladı - Yenilənib

bu-olkeler-hava-mekanlarini-bagladi
Oxunma sayı: 5796

Tehranın İmam Xomeyni adına hava limanında bütün uçuşlar ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Qeyd edək ki, bu gecə İsrail İrana hava zərbələri endirdiyini açıqlayıb. İran KİV isə paytaxt Tehranda ardıcıl partlayış səsləri eşidildiyini bəyan edib.

***

İran KİV bildirir ki, Tehranda Mehrabad hava limanında da bütün uçuşlar ləğv edilib.

***

IRNA xəbər verir ki, İsrail İrandan gələ biləcək mümkün cavabla bağlı öz hava məkanını bağlayıb.

***

IRNA-nın məlumatına görə, İraq da hava məkanını bütün uçuşlar üçün bağlayıb.

***

İran Mülki Aviasiya Təşkilatı ölkənin hava məkanının ikinci bir bildirişədək tamamilə bağlandığını elan edib.