Bu ölkələr Rusiyaya qarşı sanksiya tətbiq etməyə davam edəcək

bu-olkeler-rusiyaya-qarsi-sanksiya-tetbiq-etmeye-davam-edecek
Oxunma sayı: 2035

Kanada və Avropa İttifaqı Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etməyə davam edəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-Kanada sammitinin yekunları üzrə dərc edilmiş birgə bəyanatda qeyd olunub.

“Xüsusilə, biz Rusiyaya qarşı geniş sanksiyalar, eləcə də ixrac nəzarəti sahəsində ciddi məhdudiyyətlər və qadağalar tətbiq etməyə davam edəcəyik”, - bəyanatda deyilir.

Qeyd edək ki, noyabrın 15-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketini beynəlxalq hüququn pozulması adlandırıb və bunun cavabsız qalmayacağını bildirib.