Bu ölkələrin səfirləri İran XİN-ə çağırıldı

bu-olkelerin-sefirleri-iran-xin-e-cagirildi
Oxunma sayı: 4433

İran Xarici İşlər Nazirliyi Britaniya, Fransa və Almaniya səfirlərini çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İran XİN məlumat yayıb.

“Xarici İşlər Nazirliyi Britaniya, Fransa və Almaniya rəsmilərinin İslam Respublikasının İsrailə hücumu ilə bağlı məsuliyyətsiz mövqeyinə görə həmin ölkələrin səfirlərini ayrı-ayrılıqda çağırıb”, - məlumatda qeyd olunub.

Həmçinin onlara İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu barədə məlumat verilib.