Bu rayonlara qar yağıb

bu-rayonlara-qar-yagib
Oxunma sayı: 2983

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 6-sı axşamdan yağıntılar tədricən kəsilib, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olub, qar yağıb.

Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 48 sm, Ordubadda 36 sm, Şəki, Xaltanda 12 sm, Qusarda 9 sm, Altıağac, Gədəbəydə 6 sm-dək olub.

Xəbəri rus dilində oxuyun: Ильхам Алиев и члены его семьи голосуют в Ханкенди 

Küləyinin maksimal sürəti Yardımlıda 24 m/s, Şəki, Gədəbəy, Daşkəsəndə 20 m/s, Lerikdə 17 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-16, Naxçıvan MR-da 12-15, Aran rayonlarında 15-19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta olub.