Bu sözlərinə görə “İlin qadını” titulundan məhrum edildi

bu-sozlerine-gore-ilin-qadini-titulundan-mehrum-edildi
Oxunma sayı: 4397

“Procter & Gamble” şirkətinə məxsus olan “Pampers” markası məişət zorakılığı haqqında dediklərinə görə ukraynalı teleaparıcı və müğənni Regina Todorenko ilə əməkdaşlıqdan imtina etmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə brendin rəsmi instaqram səhifəsində açıqlama verilib.

Qeyd olunub ki, “P&G” şirkətinin bütün markaları zorakılığın istənilən növünə qarşıdır. “Buna görə də biz həm Regina Todorenkonun sözlərinə görə, həm də xalqdan üzr istədikdən sonra belə ona qarşı yönəlmiş aqressiyaya görə eyni dərəcədə narahatıq”,- deyə açıqlamada vurğulanıb.

Eyni zamanda “Glamour” jurnalının redaksiyası da Todorenkonu “İlin qadını” titulundan məhrum edib. Aparıcı 2019-cu ilin dekabrında oxucuların səsverməsi ilə bu ada layiq görülmüşdü.

Xatırladaq ki, R. Todorenkonun bu yaxınlarda məişət zorakılığı ilə bağlı işlətdiyi ifadələr Ukrayna cəmiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. O bildirmişdi ki, qadınlar ərlərinin zorakılığının səbəbi barədə düşünməlidirlər.

“Bəs səni döyməməsi üçün nə etmisən?” sözlərini işlədən Todorenko buna görə cəmiyyət tərəfindən sərt tənqidlərə məruz qalmışdı.