Bu uşaq bələdiyyə sədrinə sualı ilə Türkiyədə gündəm oldu - Video

bu-usaq-belediyye-sedrine-suali-ile-turkiyede-gundem-oldu
Oxunma sayı: 9175

İstanbulun Bahçelievlər rayonunun bələdiyyə sədri Hakan Bahadırın bazarda azyaşlı uşaqla dialoqu ölkə mediasında maraqla qarşılanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakan Bahadır bir uşağa yaxınlaşaraq onunla salamlaşıb və söhbət etmək istəyib. O isə gözlənilmədən bələdiyyə sədrinə “Suyumuzu sən kəsmisən?” sualını ünvanlayıb. Azyaşlının iradını təbəssümlə qarşılayan sədr isə “Suyu mən kəsməmişəm vallah. Su məsələsinə mən baxmıram, başqası baxır” cavabını verib.

Həmçinin oxuyun: Пожар в воинской части в Армении, погибли 15 человек - Обновлено

"Он приводил домой развратных женщин" - Жена, убившая известного тренера

Daha sonra anası uşağın əsəbiləşməsinə aydınlıq gətirərək bildirib ki, övladı su ilə oynamağı çox sevir. O, bu səbəbdən hər dəfə suyu bağlayıb, oğluna suyu bələdiyyənin kəsdiyini deyib.

H. Bahadır uşaqla dialoqunun videosunu öz sosial şəbəkə hesablarında paylaşaraq “Az qalsın danlanacaqdıq” şərhini verib.