“Bu, xaosun qarşısını alacaq”

bu-xaosun-qarsisini-alacaq
Oxunma sayı: 2919

“Finlandiyanın Rusiya ilə şərq sərhədini bağlı saxlamaq düzgün qərardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Finlandiya Prezidenti Alexander Stubb “Yle” telekanalına müsahibəsində danışıb.

Qeyd olunur ki, Stubb Finlandiya hökumətinin Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrini qeyri-müəyyən müddətə tamamilə bağlamaq qərarını dəstəkləyib.

Finlandiya prezidentinin sözlərinə görə, sərhədin qeyri-müəyyən müddətə bağlanması xaosun qarşısını alacaq.