Azərbaycanın 2027-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, qanun layihəsi noyabrın 4-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.
2027-ci il büdcə layihəsinin yalniz profil komitədə deyil, digər komitələrlə birgə müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnoz edilir.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər