Bugünkü danışıqlar üç saata yaxın davam edib - Yenilənib

bugunku-danisiqlar-uc-saata-yaxin-davam-edib
Oxunma sayı: 921

Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci günü başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS-ın mənbəsi bildirib.

Məlumata görə, görüşlər müxtəlif formatlarda keçirilir.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində baş tutan görüşlərdə Rusiya, Ukrayna və ABŞ nümayəndələri iştirak edir.

***

Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

Danışıqların üç saata yaxın davam etdiyi bildirilir.