Bugünkü seldə ölən sahə rəisinin - Fotosu

bugunku-selde-olen-sahe-reisinin
Oxunma sayı: 21263

Xəbər verdiyimiz kimi, bu gün Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində tikinti sahəsinin rəisi Pərviz Həyatullayev ölüb.

“Qafqazinfo” həmin şəxsin fotosunu təqdim edir:

Məlumata görə, P. Həyatullayevin 4 övladı var.

Qeyd edək ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.

Ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

Xatırladaq ki, işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.