Venesuelada ötən ay baş verən iki güclü zəlzələdən 29 gün sonra xilasedicilər qalıqlar altından pudel cinsində kiçik bir iti xilas ediblər.
“Qafqazinfo” xəbər verir ki, Beyli ləqəbli pudel Playa-Qrande rayonunda sahiblərinin dağılmış evinin qalıqları altında aşkar edilib.
Təxminən bir ay ərzində susuz və qidasız qalan heyvan tamamilə gücsüz halda aşkar edilib. Lakin baytarlar Beylinin tam sağala biləcəyini bildiriblər.
İtin sahibi olan 11 yaşlı Viktoriya İzabela Rengel adlı qız da təbii fəlakətdən sağ çıxmağı bacarıb, lakin anasını və nənəsini itirib.
Xatırladaq ki, Venesuelada iyunun 24-də cəmi 39 saniyə fərqlə baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində azı 5500 nəfərin öldüyü təsdiqlənib.


Son xəbərlər
Son Xəbərlər