Buriç Ermənistanla Azərbaycanı təmkinli olmağa çağırdı

buric-ermenistanla-azerbaycani-temkinli-olmaga-cagirdi
Oxunma sayı: 2413

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Buriç bununla bağlı “X” hesabında paylaşım edib. 

“Ermənistan-Azərbaycan sərhədində atışmaların olması barədə məlumatlardan narahatıq. Dialoq davamlı sülhə nail olmaq üçün yeganə yoldur”, - deyə Buriç qeyd edib.